İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və kollektivləri tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə rayonda ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı 1200 ədəd ağac əkilib.
İsmayıllı rayonunun “ağciyəri” sayılan yaşıl guşələrin dairəsi genişləndirilir, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir.
Noyabr ayının 3-nə təsadüf edilən ağacəkmə kompaniyasında ağaclar əsasən şəhərin yeni tikilmiş 8 nömrəli tam orta məktəbinin ərazisində əkilib.