Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov tərəfindən rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir. Qəbulda rayonun hüquq-mühafizə idarələrələrini rəhbərləri və xidməti müəssisələrin səlahiyyətli nümayəndələri də iştirakçı olublar.
Zoğallıq kəndində keçirilən qəbul zamanı RİH-nin başçısı əvvəlcə ölkədə, eləcə də İsmayıllı rayonundakı yeniliklərdən, yerlərdə keçirilən səyyar görüş-qəbulların mahiyyətindən söz açıb.
Ölkədə, o cümlədən rayon ərazisində aparılan tikinti-quruculuq işlərindən razılıq edən vətəndaşların yaşayış məntəqəsi ilə əlaqəli və sosial əhəmiyyətli müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq, həlli üçün müvafiq tapşırıqlar verilib.