Əziz İsmayıllı şəhər sakinləri, Sizi Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin polad iradəsi, məqsədyönlü rəhbərliyi altında Azərbaycan xalqının qazandığı tarixi Zəfər Günü münasibəti ilə ürəkdən təbrik edirəm!
Bu fərəhli, tarixi ərəfədə hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda bol-bol uğur və nailiyyətlər arzulayıram!
Tam əminliklə bildirirəm ki, bizə – bütün dünya azərbaycanlılarına bu möhtəşəm Qələbənin sevincini bəxş edən qalib şəxsiyyətin, yenilməz sərkərdənin ətrafında bundan sonra daha sıx birləşməyimiz qüdrət və qüvvəmizin, qürurumuzun, şan-şöhrətimizin durmadan artacağına bir vəsilədir.
Zəfər gününüz, Zəfər bayramınız mübarək olsun!
Dərin sayğı və sevgilərlə, İsmayıllı bələdiyyəsinin sədri: Pərviz Ağayev