Əziz İsmayıllılar!
24 noyabr İsmayıllı rayonunun yaranma tarixinin 92 illiyidir. 92 ildir ki, bu bölgə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, təhsil sahəsində fərqlənən yetirmələri ilə tanınır. Bölgənin əhalisi əməksevərliyi, milli-mənəvi dəyərlərə əsaslanıb yüksəlməsi, vətənsevərliyi, dövlət siyasətinə sədaqəti ilə seçilir.
Belə bir rayona rəhbərlik edib, sizinlə çiyin-çiyinə çalışmaq qürurvericidir.
Əziz ismayıllılar, Sizi bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, İsmayıllının çiçəklənməsi yolunda birlikdə ürəkaçan, daha yaxşı işlərə imza atacağımıza inanıram.
92 yaşın mübarək olsun, doğma İsmayıllı!