Ədliyyə İşçilərinin Peşə Bayramı münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov ədliyyə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən ədliyyə işçiləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
RİH-NİN başçısı N.Bağırov ədliyyə işçilərini peşə bayramları günü münasibətilə ürəkdən təbrik edib, qanunun aliliyinin, insan haqlarının təmin olunması üzrə şərəfli işlərində onlara müvəffəqiyyətlər arzulayıb.