Ruhiyyə Qüdrət qızı Mahmudova İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimidir. 1979-cu ildə İsmayıllı şəhərində anadan olub. 1985-1996-ci illərdə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili və regionşünaslıq fakultəsinə qəbul olub və 2001-ci ildə məzun olmuşdur. 2001-ci ilin sentyabr ayının 1-dən İsmayıllı kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. 2002-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinə, 2009-cu ildən isə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinə ixtisası üzrə müəllim köçürülüb. İşlədiyi müddətdə ingilis dilini tədris etdiyi buraxılış siniflərinin nəticələri bu günə qədər rayon üzrə ən yüksək olmağı ilə fərqlənmişdir.
Şagirdləri illər ərzində çoxsaylı yerli və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda iştirak edərək qalib olmuşdur. Məzunları dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Təhsil aldığı istər yerli, istərsə də xarici ölkələrin ali təhsil müəssisələrində onun şagirdləri xüsusi dil və ünsiyyət bacarığı, eləcə də layihələrdə qazandıqları sosial bacarıqları ilə hər zaman yaşıdlarından
fərqlənirlər və öndədirlər.
2016-cı ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi eTwinning layihəsinin səfiridir. Səfir olaraq hər il eTwinning çərçivəsində keçirilən yerli və beynəlxalq konfransların təşkilatçılığında bilavasitə iştirak edir. Fərqli mövzularda təşkil edilən bu konfranslarda mövzuya uyğun təklif edilən seminarlar və təqdimatlar aparır. Avropa məktəbləri ilə bərabər layihə əsaslı öyrənməni inkişaf etdirməyə imkan yaradan eTwinning layihələrinin geniş miqyasda həyata keçirilməsi məqsədilə fərqli rayonlara və məktəb səfərlərinə ezam edilərək təlimlər təşkil edir.
Səfir kimi 2017-ci ildə İngiltərədə Bristol konfransında, Gürcüstanda, Türkiyədə və 2023-cü ildə Portuqaliyanın Lissabon şəhərində keçirilən eTwinning səfirlərinin Peşəkar İnkişaf Təlimində Azərbaycanı təmsil etmişdir. Onun ilk eTwinner müəllim olaraq 2013-cü ildə Polşanın Krakow şəhərində keçirilən kontakt seminarda ölkəni təmsil etmək üçün nümayəndə seçilməsi də təsadüfi olmamışdır.
ETwinning layihələrinin regionda xüsusi fəallığını sübut edən “eTwinning Məktəbi” müsbaiqəsində İsmayıllı rayon məktəblərinin hər il sayca digər rayonlardan və şəhər məktəblərindən üstün olması da səfirin regoindakı diqqətli fəaliyyəti ilə bağlıdır.
Fəaliyyət göstrədiyi 1 nömrəli tam orta məktəb də artıq 3-cü dəfə bu mükafata sahib olmuşdur. Bu nailiyyətə şagirdlərin hər il müəllimləri ilə qatıldığı eTwinning layihələrinin uğurları rəvac vermişdir;
Onun uğurlarında Avropa layihələri üzərindən əməkdaşlıq etdiyi məktəblərlə yanaşı praktik iştirak etdiyi bir çox yerli təlimlərin, eləcə də Amerikada, Almaniyada, Türkiyədə keçdiyi orta məktəb təcrübəsinin də xüsusi rolu olmuşdur. 2012-2013-cü tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mükafatlandırılmışdır.
2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir;
2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Microsoft və Mədəd Azərbaycan birgə keçirdiyi “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsindən uğurla keçərək Microsoft Certified Educator dərəcəsinə layiq görülmüşdür;
Respublika üzrə seçilən 100 müəllimdən biri olmuşdur.
2013-cü il aprel ayında Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Ətraf mühitin mühafizəsi VII Beynəlxalq layihə olimpiadasında (INEPO- Avrasiya) 2 şagirdi Şaiq Xalıqlı və Murad Əliyev ilə birlikdə “Organik Bağ”layihə təqdimatı ilə iştirak etmişdir. 2011–2014-cü illərdə EGP (English Global Products Promotion Project) – British Council və AzETA təşkilatının birgə layihəsində instructor (təlimçilik) fəaliyyəti göstərmişdir. 2014-cü ildə ABŞ-ın Oregon Universitetində distant təhsil alaraq TESOL səviyyəsi qazanmışdır. Oktyabr 2012 – mart 2014 EAMP (English Access Microscholarship Program) ABŞ Səfirliyi və AzETA təşkilatının birgə layihəsində təlimçi (instructor) kimi fəailiyət göstərmişdir. 2013-cü ilin iyun ayında Türkiyənin İstanbul şəhərində İqlim dəyişikliklərinə diqqət çəkmək məqsədilə keçirilən və 6 qitə, 134 ölkədən 500 iqlim liderlərinin toplandığı Global Power Shift forumunda iştirak etmiş və ətraf mühitin mühafizəsi sahəsində geniş əməkdaşlıqlarla təhsildə fərqli layihələrə başlamışdır;
2013-cü ildə AZETA təşilatının nəşr etdirdiyi “Test qiymətləndirmə kitabı”nda ingilis dili üzrə testlərin həmmüəllifidir. 2014-cü il 3-4 oktyabrda Gürcüstanın Tskaltubo şəhərində ABŞ səfirliyinin və Gürcüstan
RELO (Regional İngilis dili mərkəzi) dəstəyi ilə 6 ölkənin iştirakı ilə ingilis dili müəllimlərinin 6-cı Cənub Qafqaz ELT konfransında “Teaching Writing Techn”, “Yazı bacarıqlarının öyrədilməsı” mövzusunda təlim vermişdir.
2015-ci ilin may ayında Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi müsabiqəsində
iştirak etmişdir. 2014-cü ildə Cambridge English TKT kursunu keçərək Band 3 qazanmışdır.
2015-ci ildə Almaniyanın Münhen şəhərində məktəb təcrübə mübadiləsində iştirak etmişdir. 18-20 noyabr 2016-cı il tarixdə Parisdə keçirilən “İngilis dilinin tədrisində yeni zirvələri fəth edək” 35-ci TESOL Fransa Konfransında “Effektiv dinləmə və tənqidi təfəkkür” adlı təlim-dərs (session) ilə çıxış etmişdir. 2016-cı ildə şagirdi Rəsul Baxışov Belçikada fəaliyyət göstərən Arachneed nəşriyyat evinin Beynəlxalq Yer Gününə təşkil etdiyi “Write for the Earth, Write with the Earth” Beynəlxalq inşa müsabiqəsində 96,8 faiz nəticə ilə 1-ci yerə layiq görülmüşdür. Şagird xüsusi mükafat və sertfikatla mükafatlandırılmış və onun inşası Arachneed juranlının xüsusi buraxılışında dərc edilmişdir.
2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Ən yaxşı yazı” müsabiqəsində Respublika üzrə 1-ci yerə layiq görülmüşdür. 2017-ci il aprel ayında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2019-cu ildə Fulbright TEA Media Literacy proqramının qalibi kimi ABŞ ın Ohio ştatında Kent State Universiteti tərəfindən təşkil olunan 6 həftəlik proqrama cəlb edilib. Fulbright TEA programı (Təhsildə keyfiyyət və nailiyyət proqramı) İREX tərəfindən təşkil olunan və host universitetlərin professorları tərəfindən aparılan akademik seminarlar və məktəb təcrübəsi mübadiləsi sayəsində dünyanın müxtəlif ölkələrindən olan müəllimlərin fərdi və peşəkar inkişafına dəstək proqramıdır. 2019-cu ildə ilk dəfə tətbiq olunan TEA Media Literacy (Media savadlılığı) proqramı isə kurrikulum, şagirdyönümlü və konstruktiv təhsil, dərsin planlaşdırılması, sinfin idarə olunması, lider müəllim və tədqiqatçı müəllim kimi mövzuların media savadlılığı ilə inteqrasiyasını əhatə edir. Proqramın ilk qrupu- 11 ölkədən olan 22 müəllim 10 sentyabr-31 oktyabr tarixlərində Ohio ştatının Kent şəhərində ilk cohort olaraq metodik bacarıqlarla yanaşı tənqidi təfəkkürün, analitik və ünsiyyət bacarıqlarının inkişafı, hadisələrə düzgün yanaşma və demokratik cəmiyyətdə effektiv sivil iştirakın formalaşdırması üzrə seminarlara cəlb olunublar. Proqram çərçivəsində müəllimlər həmçinin Amerika məktəblərində 3 həftəlik təcrübədə olur, amerikalı həmkarları ilə əməkdaşlıq yaradır, öz təcrübələrini nümayiş etdirir, eləcə də, həmkarlarının təcrübəsini öyrənirlər.
Ruhiyyə Mahmudova Şimali Karolina Universitetinin ABŞ səfirliyinin dəstəyi ilə Azərbaycan müəllimləri üçün təşkil etdiyi “İngilis dilinin xarici dil kimi tədrisi” layihəsnin 2-ci mərhələsi olan təlimçilərin təlimi- Trainig of Trainers (ToT) mərhələsini də başa vuraraq universitetin Təlimçi müəllim statusunu qazanmışdır. Qeyd edək ki, Ruhiyyə Mahmudova bu kursun 15 həftə davam edən birinci mərhələsini də 96% nəticə ilə başa vuraraq Fəxri Sertifikatla təltif edilmişdir. Birinci mərhələyə başlayan 100 müəllimdən uğur əldə edən 30 iştirakçı layihənin ikinci mərhələsinə seçilərək təlimçilik təcrübəsi keçmişlər.
R.Mahmudova həmçinin oktyabr 2021- yanvar 2022-ci il tarixləri aralığında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Britaniya Şurasının birgə təşkil etdiyi “İngilis dili müəllimlərinin gələcək inkişafı” proqramı kursunu əla nəticə ilə bitirmişdir. 2022-2023-cü tədris ilində ABŞ səfirliyinin dəstəyi ilə orta məktəb şagirdləri üçün keçirilən FLEX proqramında şagirdi Hüseyn Baxışov iştirak etmiş və finala qədər yüksəlmişdir. Fəaliyyəti dövründə həm özünün, həm də şagirdlərinin uğurlarını müəllim, davamlı olaraq öz peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində dayanmadan çalışması ilə əlaqələndirir.