İsmayıllıdakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI qurultayının yerli toplantısı keçirilib.

Toplantıda RİH-nin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan, müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olan və rayonun ictimai siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak edib.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub. Ümummilli liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndərin Azərbaycan xanımları haqqında səsləndirdiyi fikirlərdən ibarət video-çarxa baxılıb.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova ilk dəfə 1921-ci ildə keçirilən Azərbaycan Qadınlarının Qurultayının əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkəmizdə dövlət-qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır.

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Bu gün bu siyasətin Prezident cənab İlham Əliyev və Azərbaycan xanımlarının siması Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi çıxışlarda  diqqətə çatdırılıb.

Daha sonra toplantıda rayonlarda yaşayan qadınların üzləşdiyi problemlər müzakirə olunub. Müzakirələr əsasən erkən nikahlar və onların yol açdığı fəsadlar boşanmalar, ailədaxili məişət zorakılığı hallarının baş verməsi, təhsil imkanları və digər məsələlər ətrafında aparılıb.

Sonda toplantı iştirakçılarının sözügedən problemlərin aradan qaldırılması istiqamətində təqdim etdikləri rəy və təkilfləri dinlənilib. Həmçinin 19 oktyabr tarixində Bakı şəhərində keçiriləcək Azərbaycan Qadınlarının VI qurultayında iştirak edəcək nümayəndə toplantı iştirakçılarına təqdim edilib. Yekunda xatirə şəkli çəkilib.

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir