5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon sektorunda  bayram tədbiri keçirilib.

Fəaliyyətləri Azərbaycan dövləti tərəfindən qiymətləndirilən bir qrup ünlü təhsil işçisi və rayonun bir sıra nüfuzlu  məktəb direktorlarının iştirakı ilə əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.

Bayram tədbiri İsmayıllı Rayon İcra Hakimiyyəti əməkdaşları, İsmayıllı Rayon Təhsil Sektorunun məsul işçiləri, YAP İsmayıllı  rayon təşkilatı sədrinin, ATİAHİ-nin İsmayıllı Rayon Komitəsi sədrinin, məktəb, bağça rəhbərləri və qabaqcıl müəllimlərin iştirakı ilə İsmayıllı şəhərində yeni dərs ilində istifadəyə verilmiş 4 nömrəli tam orta məktəbinin işıqlı və yaraşıqlı  iclas zalında davam etdirilib.

Çıxış edən natiqlər müəllimləri təbrik edərək onlara şərəfli və çətin peşələrində uğurlar arzulayıblar.

Bayram tədbirlərinin forma və tələblərinə uyğun olaraq sonda bir qrup təhsil işçisi Fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir