16 oktyabr 2023-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində turizm işinin təşkili və mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları üzrə təhsil alan tələbələrlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İşlər İdarəsinin Basqal Resort & SPA İstirahət Kompleksinin direktor müavini Orxan Heydərov, eləcə də Qida və İçki şöbəsinin müdiri Emin Novruzovun iştirakı ilə “Azərbaycan turizm müəssisələrində xidmətin təşkili” mövzusunda görüş keçirilib.
Tədbirdən əvvəl İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin həyətində təhsil ocağının şəhid tələbə və məzunlarının əziz xatirəsinə ucaldılmış lövhə ziyarət olunub. Şəhidlərin ruhuna dualar oxunub.
Adı çəkilən ixtisaslar üzrə tələbə və müəllimlərin iştirakı ilə keçirilən tədbirdə mövzu ilə bağlı geniş müzakirə aparılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.
E.Ağayev