Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən İsmayıllıda “Peşələr festivalı” keçirilib.

Festivalda Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, tələbə və gənclər iştirak ediblər.

Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, aşpaz, barista, aqronom, bərbər, yardım masası, dizayner, mobil telefonların təmiri ustası, data analitika, elektrik avadanlıqlarının təmiri, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.

İştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Festival konsert proqramı ilə başa çatıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir