“XXI Əsrin Qadınları” ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alverinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində İsmayıllı Rayon Dövlət Humanitar və Texnologiya Kollecində təqdimat mərasimi keçirib.
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq İsmayıllı Rayon Dövlət Humanitar və Texnologiya Kollecində təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, İsmayıllı Payon Polis Şöbəsinin əməkdaşı – polis mayoru Rahim Orucov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, İsmayıllı Dövlət Humanitar və Texnolgiya Kollecinin əyani şöbə müdiri Elmir Ağayev və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.
DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İ.Əhmədov insan alveri ilə mübarizədə görülən işlərlə bağlı çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirkaçılarının diqqətinə çatdırıb
Sonra layihənin rəhbəri M.Əmirhüseynova çıxış edərək sözügedən layihənin əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında insan alveriniə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib.
Tələbələrin sualları İ.Əhmədov tərəfindən cavablandırılıb.
Sonda İsamayıllı RPŞ-nin əməkdaşı polis mayoyoru Rahim Orucov bu çür çox əhəmiiyətli maarifləndimə tədbirin keçirilməsinə görəlayihə icraçılarına təşəkkürünü bildirib, belə lahiyələrin gənclərin formalaşmasında mühüm əhəmiyyətli olduğunu qeyd edib və bu qəbildən olan maarifləndirici tədbirlərin vacibliyini vurğulayıb.