11 oktyabr 2023-cü il tarixdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəbli qızlar arasında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş həndbol idman növü üzrə İsmayıllı rayon birinciliyi keçirilib. Yarışmada İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin komandası I yeri tutub.
Beynəlxalq Qızlar Günüündə keçirilən birincilikdə bu qələbəni məktəbli qızlar özlərinə və rəfiqələrinə qiymətli hədiyyə kimi dəyərləndiriblər. Qələbə münasibətilə komanda üzvlərini təbrik edir, onlara yeni uğurlar arzulayırıq. Afərin, qızlar!
“İsmayıllı xəbərləri”