İsmayıllı rayonunun Enişdibi kəndində vətəndaşlarla səyyar qəbul keçirilib. Qəbulda rayon rəsmiləri, xidməti idarə və müəssisələrin rəhbərləri, eləcə də kənd sakinləri iştirak edib.
Keçirilən səyyar qəbul və görüşlər Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılır və bu yolla vətəndaşların gündəlik ehtiyac və tələbləri istiqamətində iş aparılır. Odur ki, rayon rəhbərliyi tərəfindən şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulu təxirəsalınmazlıqla davam etdirilir.
Sentyabr ayının 14-də rayonun Enişdibi kəndində keçirilən qəbulda sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və məsələlərin müxtəlifliyi nəzərə alınaraq, aidiyyəti üzrə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.