Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub.

Elimizin igid oğlu, gizir Cahan Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi, eləcə də ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Ali Baş Komandan, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Cahan Məmmədzadə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqları və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Prezident cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə Cahan Məmmədzadə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ruhun şad olsun, Şuşanın fatehi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir