Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, abadlıq-quruculuq işlərindən İsmayıllı rayonunun Topçu kəndi də öz payını almaqdadır.
Belə ki, kəndin mərkəzi küçəsi – təqribən 3 kilometr uzanan məsafə asfaltlanıb. Asfalt təbəqəsi müasir tələblərə uyğun, yüksək səviyyədə, yol tikintisinin normalarına uyğun çəkilib.
Yolun çəkilməsində əməyi olanlara, başda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Nahid Bağırov olmaqla hər kəsə Topçu kənd sakinləri, ağsaqqalları, şəhid ailələri, ziyalıları təşəkkür edir, minnətdarlıqlarını bildirir.
Ərazidə aparılan quruculuq işlərinin davamı olaraq kənddə məşhur “Coca-Cola” şirkətinin nəhəng zavodunun təməlqoyma mərasiminin keçirilməsi də sakinlərdə yüksək əhval-ruhiyə yaradıb. Çünki bu nəhəng zavodda onlarla kənd sakininin işlə təmin olunacağına ehtimal olunur.
Kənd sakinləri görülən və görülməsi nəzərdə tutulan ürəkaçan işlərə görə bir daha ölkə başçısı cənab İlham Əliyevə, birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnət və şükranlarını bildirir.
“İsmayıllı xəbərləri”