İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidməti təşkilat rəhbərlərinin iştirakı ilə növbəti dəfə sakinlərin qəbulu keçirilib. Qəbula gələnlərin müraciətləri dinlənilib.

Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının başlıca vəzifə olmasını xatırladıb..

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinə yaşayış məntəqələrinə mütəmadi səfərlər etməyin, yerlərdə xidməti sahələri üzrə vəziyyətin hansı səviyyədə olmasını öyrənməyin, çatışmazlıqların gündəmə gətirilmədən aradan qaldırılmasının vacibliyini bildirib. Başçı qeyd edib ki, vətəndaş-dövlət məmnunluğuna nail olmaq günün ümdə məsələlərindəndir. Bu halda xalq öz Vətənini daha çox sevər, onun daha da çiçəklənməsi üçün ürəkdən çalışar.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir