İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti “Nümayəndə günü” keçirilib.
RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov iclasın gündəliyində duran məsələlərlə iştirakçıları tanış edib və hər bir məsələ ilə bağlı mövcud vəziyyət barədə açıqlama verib.
Şöbə müdiri yerlərdə əhali ilə vaxtaşırı görüşlərin keçirilməsinə, onların istək və arzularına, çatışmazlıqların aradan qaldırılmasına diqqətlə yanaşılmağın vacibliyindən danışıb. İsti yay günlərində yaşayış məntəqələrindən bir neçəsində içməli su probleminin həlli məsələsi araşdırılıb və bu istiqamətdə müvafiq tapşırıqlar verilib.
Ərazilərin ekoloji təmizliyinə gündəlik nəzarət, əmək intizamına tələblər çərçivəsində əməl olması da bir daha diqqətə çatdırılıb.
İşdə buraxılan nöqsan və diqqətsizliklərə görə bəzi nümayəndəliklərə müsbətə doğru dəyişikliklər edilməsi barədə xəbərdarlıq olunub.
Əməli işdə sual yaradan müəyyən məsələlərin həlli araşdırılıb.
Nemət Abdurəhimov