12 sentyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək ictimai birliyi ilə birlikdə erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, təhsil işçiləri, psixoloqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə erkən nikahların fəsadları, tibbi və hüquqi yolverilməzliyi, qadınların və nikah yaşına çatmayan şəxslərin nikaha daxil olmağa məcbur edilməsi hallarında qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə danışılıb. Diskussiya şəklində keçən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir