1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən bu günün təsis edilməsi milli dəyərlərimiz, dilimiz və əlifbamızın qorunması və inkişaf etdirilməsi üçün çox önəmli bir addım oldu.
Hər birimiz Azərbaycan dili və əlifbasının qorunması üçün əlimizdən gələni etməliyik.