(Kiçik hekayələr)                             

 

Gül bağların, bağçaların yaraşığdı. İnsan onu seyr edərkən qəlbində sevinc, üzündə gülümsəmə yaranır. Dinimizdə də güldən, çiçəkdən bəhs edilir. Deyilənə görə, gül olan həyəti mələklər çox sevər, ora zühur edərlərmiş.

Bir gün gül həyətdə oynayan uşaqları seyr edirdi.  Oyun bitdikdən sonra uşaqlardan biri  həmən gülü dərir. Gül buna çox sevinir ki, uşaq onu güldana qoyacaq, hər gün ona xoş təbəssüm edəcək. Amma düşündüyü kimi olmur. Uşaq gülü dərərək pəncərənin önünə qoyur. Güldana, suya qoymaq ağlının ucundan  belə keçmir. Bir neçə gün sonra gül pəncərənin önündə solaraq quruyur.

Pəncərə açıq  olduğundan əsən külək nəticəsində gülün toxumları  həyətə sovrulur. Gecə yağan yağışın narın damlaları və səhər doğan günəşin şəfəqləri ilə gül yenidən həyata gülümsəyir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir