Əli pəncərənin qarşısında durub ətrafı seyr edirdi. O, göy üzündə karvan kimi düzülmüş qara buludları görüb dedi:
-Anacan, buludlara bax. Onlar nədən bu qədər qaşqabaqlıdırlar?
Ana cavabında deyir:
-Səhər yağış yağacaq, ona görə.
Əli gileyləndi:
-Biz sabah futbol oynayacaqdıq. Bu yağış hardan çıxdı? Kaş yağmayaydı…
Anası Əliyə:
-Oğul, elə demə. Əgər yağış yağmasa, sənin çox sevdiyin, meyvələr, tərəvəzlər, yeməklər də olmaz və təbiətdəki bütün canlılar məhv olar.
Ana belə dedikdən sonra Əli üzrxahlıq etdi:
-Ana, məni bağışla. Mən yağışın təbiətdə bu qədər böyük rol oynadığını düşünməmişdim. Bir də elə deməyəcəyəm.
Ləman Məmmədli,
Diyallı kəndi