Mücühəftəran kənd E.Həsənov adına tam orta məktəbində 25 iyul 2023-cü il tarixdə IX və XI sinif şagirdlərinə təhsil haqqında sənəd – attestatlar təqdim olunub. Mərasimdə məktəbin direktoru Namiq Ağaməmmədov və təlim-tərbiyə işləri üzrə direktor müavini Mahir Cəfərov çıxış edərək məzunlara uğurlu həyat yolu arzulayıblar.
Tədbirdə həmçinin valideyn-məktəb birliyinin sədri Turə Məlikova və digər valideynlər iştirak edib. Dağlıq Şirvan Regional Təhsil İdarəsinə və İsmayıllı Təhsil Sektoruna göstərdikləri metodiki köməkliyə, eləcə də operativliyə görə öz təşəkkürümüzü bildiririk. Mücühəftəran kənd orta məktəbi uğurlarını artırmaqda davam edir.