İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun ayrı-ayrı yaşayış məntəqələrində səyyar görüş-qəbulları rayondakı xidmət idarələri, hüquq-mühafizə orqanları və bir sıra idarə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirir.

Heyətin bu cür seçilməsi qaldırılan problemlərin həllini sürətləndirməyə, mövcud narazılıqları yerindəcə araşdırmağa hərtərəfli imkan yaradır. Belədə cavabdehlik daşıyan tərəflərin məsuliyyəti problemlərin yaranma səbəbləri və həlli yolları asanlıqla aşkarlanır.

Rayon İcra Hakimiyyətinin başçısı rayonun Sərdahar kəndində keçirilən səyyar qəbulda sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Müraciətlərin bir çoxu yerindəcə həll edilib.

Qəbuldan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Sərdahar kəndində yaşayan fidan balaları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik edib, xatirə fotosu çəkdirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir