Sakinləri narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov növbəti görüşünü rayonun Gideyli kəndində keçirib.

Başçının hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirməsi, vətəndaş-dövlət məmnunluğu yaratmaqda ən doğru seçimdir.  Çünki keçirilən hər görüş neçə-neçə irili-xırdalı problemin həlli ilə nəticələnir.

Gideyli kəndində keçirilən görüşdə də sakinlər kəndin ümumi problemlərindən söz açıblar, bəzi məsələlər müzakirə edilib. Kənd sakinlərinin arzu və istəkləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılıb, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Arzu və təkliflərini diqqətlə dinləyib

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə  Göytəpə kəndində səyyar qəbul keçirib.

Bu qəbulda da söhbət mövcud problemlərin həllinə yönəldilib. İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin arzu və təkliflərini diqqətlə dinləyib. Problemlərin aradan qaldırılması istiqamətində aprılan araşdırmalar, onların həlli yollarını və kimlər tərəfindən həll olunacağını müəyyənləşdirib. Verilən müvafiq tapşırıqlar sayəsində müraciətlərin bir qismi yerindəcə həll edilib. Sakinlər keçirilən görüşdən və göstərilən qayğıdan razılıq ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir