24 iyun 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qalınçaq meşəbəyliyinin ərazisində növbəti ümumrespublika təmizlik aksiyası keçirilib.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və rayonun bir sıra qurumlarının nümayəndələri, o cümlədən İsmayıllı gəncləri aktiv iştirak edib.
Aksiyada toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd – ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Xərclənməyən ilk məvacib və divardan asılmış əl çantası
Bu yazım şifahi xalq ədəbiyyatından dilimizə süzülüb bugünümüzə çatan bir nağıl yox, otuz bir il öncə baş vermiş acı bir həyat hekayəsi, faciəvi bir taledir. Bəzən insan həyata gəldikdə sanki özünün deyil, başqalarının taleyində yaşayırmış.
Hekayət dolu bir məzar qarşısındayam. Bu məzar oxunduqca bitməyən bir hekayədir. Çünki, o məzarda yatan hələ də yaşamaqdadır!
Bu yazıya başlarkən sanki Xan Şuşniskinin “Apardı sellər Saranı” mahnısı səslənir hardasa.
Amma yaxında nə Xan Şuşnski vardı, nə də Arpa çayı. Yazımın qəhrəmanları başqalarıdır – Rəfail əli xınalı sevgilisi Nəzakəti çay kənarında yox, o dünyada gözləyirdı…
Dəfələrlə Kəlfərəc və Tağlabiyan kəndlərində olsam da, bir gün belə bir yazını yazacağımı ağlımın ucundan da keçməmişdim. Çünki açıqlayacağım məsələdən xəbərsiz idim.
Təsadüfən Nəzakətin anasıgildə olarkən divardan asılmış bir əl çantası diqqətimi çəkmişdi. Sənindimi?- deyə, evin gəlinindən soruşdum.
(Ardı səhifə 12-də)