23 may Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı  günüdür.

Həmin gün 6 saylı Regional Ekologiya ve Təbii Sərvətlər İdarəsi, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin rəhbər və işçi heyətinin iştirakı ilə ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, bu nazirlik ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılıb.

Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi daxil olmaqla bütün işçilərini peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb

Həmçinin qeyd edib ki, ölkəmizdə ətraf mühitin qorunması, təbii ehtiyatların səmərəli istifadə edilməsi və sağlam ekoloji mühitin yaradılmasında bu qurumun əvəzsiz xidmətləri var.

İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir