May ayının 17-də A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin binasında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı və məktəbətrafı ərazidə yaşayan sakinlərlə növbəti dəfə səyyar qəbul keçirilib.

Sakinlərin təklifləri, istəkləri dinlənilib, onları narahat edən problemlərin həlli məsul şəxslərin iştirakı ilə araşdırılıb. Səsləndirilən problemlərin bir qisminin yerində həll olunmasına nail olunub, icrası araşdırma və zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.

Belə görüşlərin İsmayıllı şəhərinin bütün məhəllələrində, eləcə də bütün kənd və qəsəbələrində keçirilməsi başlıca vəzifələrdən biri hesab olunur.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir