May ayının 24-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı rayonun bir neçə idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə vətəndaş qəbulu keçirib. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanları yerindəcə həll olunub. Məsələlərdən bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirib.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir