“Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq bu gün Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil sektoru “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirib.

Tədbirdə RİH başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil veteranları, şəhid ailələri, ümumtəhsil məktəblərinin rəhbərləri və məktəblilər iştirak edib.

Öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Tədbirin baş tutduğu şəhər 3 nömrəli məktəb-liseyin həyətindəki şəhid kompleksi ziyarət edilib. Daha sonra rayonun ümumtəhsil və məkdəbdənkənar müəssisələrin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri sərgiyə baxış keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. RİH başçısının müavini Sevil Əhmədova, Dağlıq Şirvan Regional İdarəsinin müdiri Rövşən Əliyev, təhsil veteranı, əməkdar müəllim Aydın Əzizov, ATİHİ-nin İsmayıllı komitəsinin sədri Hafiz Kərimov, şəhid Famil Əhmədzadənin həyat yoldaşı Vüsalə Əhmədzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. RİH başçısı Nahid Bağırov tərəfindən “Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi” çərçivəsində respublika əhəmiyyətli müsabiqələrdə fəal iştirak edən bir qrup məktəbli təltif edilib.

Daha sonra məktəblilərin hazırladıqları təntənəli konsert proqramı ilə davam etdirilib, xatirə şəkilləri çəkilib. Sonda şəhər 3 nömrəli məktəb-liseyin həyətində ağacəkmə aksiyası keçirilib.

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir