May ayının 22-də YAP İsmayıllı rayon təşkilatının binasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Tədbirdə RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, YAP İsmayıllı Rayon təşkilatının sədri Zaur Muradov, şəhid valideynləri, müxtəlif tarixlərin Qarabağ müharibəsi döyüşçüləri iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İsmayıllı rayon şurasının sədri Əlaləm Babayev açıb. Vətənimizin azadlığı uğrunda canından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər şəhid ailələrinin, müharibə əlillərinin, Qarabağ müharibəsi veteranlarının sosial rifahının yaxşılaşması, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlətimizin daim diqqət mərkəzində olduğunu vurğulayıblar.

RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri S.Əhmədova çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu gün hər bir şəhid ailəsi, müharibə veteranı bu qayğını bilavasitə öz üzərində hiss edir. Lakin şəhid ailələrinə, müharibə əlillərinə, qazi və veteranlara qayğı sadəcə dövlətin vəzifəsi deyil. Bu, hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik C.Xəlilov bildirib ki, bu məsələdə vətəndaş cəmiyyəti institutları da aktiv olmalı, öz imkanları daxilində dövlətin şəhid ailələri, veteranlarla bağlı siyasətinə dəstək verməlidir.

Tədbirdə həmçinin müharibə veteranlarının və qazilərin sosial problemləri dinlənilib. Qaldırılan problemlərin ümumiləşdirilərək aidiyyəti üzrə səlahiyyətli qurumlara çatdırılacağı bildirilib.

İ.Əhmədli

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir