Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin akt zalında İsmayıllı rayonunda yerləşən ümumtəhsil məktəblərində çalışan ibtidai sinif, eləcə də Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair növbəti məlumatverici görüş keçirilib.
Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri, əməkdaşları və təlimçi müəllimlər tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər haqqında geniş məlumatlar verilib. Görüşlərdə ümumilikdə 433 nəfər müəllim iştirak edib. Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
“İsmayıllı xəbərləri”