25 may 2023-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, həmçinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş gənclər və böyüklər arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan dövlətinin tarixi günlərinin gənclər arasında geniş təbliği, onlarda dövlətçilik məfkurəsinin, keçmişə hörmət, gələcəyə inam hisslərinin formalaşdırılması, gənclərdə vətənpərvərlik ruhunun tərbiyə edilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.

Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı olub. Cümhuriyyət qısa müddət mövcud olsa da, XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ümummilli liderin hərtərəfli uzaqgörən siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin, ümumtəhsil məktəblərinin şagirdlərinin, kollec tələbələrinin və həvəskar idmançıların iştirak etdiyi stolüstü tennis birinciliyində gənclər arasında Emil Təvəkkülzadə I, Qüdrət Adgözəlov II, Sahil Şirinov isə III yeri qazanıb. Böyüklər arasında Seyran Abdullayev I, Vidadi Səmədov II, Sarvan Həmidov III yeri tutub. Qaliblərə təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir