Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 26 aprel 2023-cü il tarixdə İsmayıllı rayonunun məhkəmə işçiləri və yerli ədliyyə qrumlarının əməkdaşları  rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarətçilər əvvəlcə Ulu öndərin Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Təşkil olunmuş ziyarət zamanı əməkdaşlara Mərkəzin bələdçisi tərəfindən Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto və videomateriallar, digər ünikal eksponatlar haqqında ətraflı məlumat verilib.

Ziyarətçilərə bildirilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, siyasi irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Sonda xatirə şəkli çəkilib.

Elnarə Qasımova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir