2020-ci il 27 sentyabr erməni faşizmi torpaqlarımıza hücum etdilər. Azərbaycanın igid oğlanları, Vətəni, ana, bacıların qeyrətin qorumaq üçün cəbhəyə yola düşdülər. Onlar tək hissiyatımız deyil, həm də qürurumuzu, mənliyimizi qaytarıblar. Bütün ölkələr bizə zillətli, pis baxırlar. İgid oğlanlarımız bizə illərdən, tapdalanmış qürurumuzu, mənliyimizi qaytardılar. Çoxları yaralandı, çoxları salamat qayıtdı, çoxları da şəhidlik zirvəsinə ucaldı.
Şəhidlərimizin içərisində, kəndimizin igid oğlu Fərid Əliyev Hamlet oğlu da vardı. Fərid 2001-ci il martın 22-də İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. 2007-ci ildə C.Həsənov adına Kürdmaşı kənd orta məktəbinnin 1-ci sinfinə daxil olub, 2018-ci ildə orta məktəbi bitirib. Həmin ili İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin turizm fakultəsinə qəbul olub. Kollecdə oxuduğu müddətdə də müəllim və uşaqların sevimlisinə çevrilib. Bütün tədbirdlərdə fəal iştirak edib. Əkilən ağaclarda onun da əməyi var. Müəllimləri onun həmişə hamıdan seçilən, fərqli uşaq olduğunu deyirlər. O, şəhid olanda çox pis olduqlarını orada iştirak etmişdilər. 2019-cu ilin aprel ayında hərbi xidmətə yola düşdü. İlk gündən komandir və əsgər yoldaşlarının sevimlisinə çevrilən Fərid yaxşı xidmətinə görə tərifnamələr aldı dəfələrlə.
3 gün qalmışdı, cəmi 3 gün evə gəlməyinə, evə yox, birbaşa Vətən müdafiəsinə yollandı. Minlərlə igid oğlanlarımızla bərabər. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə 27 sentyabr axşam saat 6-da şəhid olub. Yox, o şəhid olmadı, o, əbədi sönməz məşələ çevrildi. Ölümündən sonra Fəridimizə Vətən uğrunda, Füzulinin azad olunması medalı verildi.
Rəna müəllim, xahiş edirəm Fəridin xatirlərindən danışın. O sanki, yuxudan ayılan kimi oldu: – O, dalğın halda söhbətə başladı. Qəribə bir gün idi. Həmin gün bacısı Sənubər səhər həyətə çıxmışdı. Birdən qulağıma səs gəldi, çıxdım gördüm Sənubər həyətdə yıxılıb. Atası da evdə yox idi. Özümü itirdim, nə edəcəyimi bilmədim. Tez atasına zəng etdim. Böyür hissəsindən sancı tutmuşdu. Biz onu təcili xəstəxanaya çatdırdıq. Bütün müayinələr keçdi, heç nə tapılmadı. Qızımın ağrı tutan eyni yerindən Fərid yaralanıb şəhid olub. Rəna müəllimə deyir. Mən onun yoxluğuna inanmıram. İnansam bir gün də yaşaya bilmərəm. O, hərbi xidmətdən gedib, elə bilirəm ki, hərbi xidmətdədir. Nə vaxtsa gələcək, ümidlə gözləyirəm.
Bir ana olaraq Fəridlə bağlı xatirələriniz:
Rəna müəllimə! O, mənim ciyərparamdı, onunla olan hər anım mənimçün silinməz xatirələrdi. Bir anlıq ananın necə böyük ürəyi olduğuna qibtə etdim. Qarşınızda baş əyirəm, məğrur ana, can ana. Atası Hamlet müəllimdən Fəridimiz haqqında soruşdum:
Hamlet müəllim: – Babam da müharibədə olub, mən də. 1992-93-cü illərdə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Öz bibisi oğlu Arif də itkin düşüb. Fərid gecə yuxuda şəhid olduğunu görür, durub yuxunu 27-si səhər yoldaşlarına danışanda dostu Əli deyir ki, mən də gördüm şəhid olmuşam. Dostları onlara lağ edib gülürlər. Həqiqətən də onlar hər ikisi eyni vaxtda şəhid olanda komandir də, dostları da şoka düşürlər. Fərid məktəbdə bayraq əlində irəlidə gedir. Həmin bayrağı şəhid olanda evlərinin yanından asdılar. Bütün yoldaşları sağ olsunlar gəlib, yoxlayırlar. Minnətdaram. Çox qənaətcil uşaq idi. Mənim Fəridim ölməyib, o bizimlə gördüyün bu evdə yaşayır, bizimlə gəzir, bizimlə oturub-durur. Dostları bir az gec gələn kimi gəlib deyirlər ki, Fərid yuxuda bizə dedi ki, məni niyə yoxlamırsız? Ev muzeyin işığını usta çəkib qoşmamışdı, səhər tezdən gördük usta gəlib ki, bu gecə yatmamışam. Fərid yuxuma girdi, mənə dedi işığımı niyə qoşmamısan? Çox qəribədir məəttəl olub qalıram.
Sağ olsun Prezidentimiz. Şəhid adların əbədiləşdirmək üçün qərar verdi. Əjdər Şərifzadənin köməkliyi ilə küçənin girəcəyində Fəridin stenti qoyulacaq. Fəridin ad gününə kimi, 22 marta qədər tamamlamaq istəyirik. Kömək edənlərə də minnətdaram. Qəzetin redaktoru Dağlaroğluna da minnətdarlıq etdi. Dedi başımızın qarışıq vaxtında sağ olsun ki, bu şəkilləri çəkibmiş. Cəmi şəhidlərimizlə bərabər, mənim də balam bizim üçün ölməzdirlər.
Məktəbin direktoru, Məhəbbət müəllimənin dedikləri:
Bütün şəhid balalarımız kimi Fərid də bizə doğma, əziz, heç vaxt unuda bilməyəcəyimiz körpələrimizdilər. Çox sakit, təmkinli, böyük-kiçik yeri bilən, tərbiyəli şagird idi. Onun şəhid olmağı bizi çox sarsıtmışdı. Donub qalmışdıq, söz tapmaq, söz demək çox çətin idi. Sanki bir anlıq hər şey donmuşdu. Şəhidlərimiz bizim üçün həmişə ölməzdi, unudulmazdı.
Sinif rəhbəri Kəmalə müəllimədən Fərid barədə soruşanda, o bir anlıq fikrə getdi, gözləri yaşla doldu.
Çox ağır, çox çətin gün idi, o gün. Bütün kənd və müəllimlər qəm, qüssə içərisindəydi. Səbr verməyə söz tapa bilmirdik. Fərid heç kimi incitməyən, sinif yoldaşlarına, mehriban davranan, qayğı göstərən, sakit təbiətli, böyük-kiçik yeri bilən idi. Heç kimi incitməzdi, çox saf uşaq idi. Deməklə qurtaran deyil. Onun şəhid olmağı hamımızı yandırdı.
Ən əsası tək uşaq idi. Vətənini, qeyrətimizi qoruyan, Azərbaycanımızın adını yüksəklərə ucaldan şəhid balalarımız daima xatirələrimizdə yaşayacaq, həmişə şagirdlərimizə onların qəhrəmanlıqlarından danışacağıq.
P.S. Küçənin salınmasında Rüfət Mirzəyevin də köməkliyi olub.
Çərkəz Abdullayeva,
Kürdmaşı kəndi