Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov İsmayıllıda İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul İsmayıllı rayonu “Azərişıq” ASC-nin İsmayıllı Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutan qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir