Ölkə başçısının regionlarda vətəndaş qəbulunun keçirilməsi ilə bağlı tapşırıqlarını iş planına daxil edən SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev fevral ayının 13-də İsmayıllı və Ağsu rayon sakinləri ilə görüşmək üçün İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi məkan seçib.
Qəbuldan öncə Birliyin baş direktoru Ruslan Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla bərabər ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllüər düzüb.
Qəbula gələn sakinlər diqqətlə dinlənilib. Müraciətləri əsasında araşdırmalar aparılıb. Məsələlərin bəzisi yerindəcə həllini tapıb. Həlli vaxt, ciddi araşdırma tələb edən məsələlər isə əlaqədar təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Birlik direktoru keçirilən görüş-qəbulların dövlət-vətəndaş məmnunluğuna təminat yaratdığını bildirib.
“İsmayıllı xəbərləri”