2023-cü il yanvarın 1-i vəziyyətinə İsmayıllı rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 236 nəfər və ya 2,7 faiz artaraq 9126 nəfər olmuş, onlardan 5607 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3519 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 30,2 faizi təhsil, 25,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,8 faizi tikinti, 5,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 11,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2022-ci ilin ilkin məlumatlarına əsasən rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,9 faiz artaraq 531,7 manat olmuşdur.

İsmayıllı Rayon Statistika idarəsi

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir