Kənd təsərrüfatı

 

İqtisadiyyatın digər sahələri ilə müqayisədə aqrar bölmədə yüksək nəticələr əldə olunmuş, ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 49,3 faiz təşkil etmişdir.

2022-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 139932,3 min manat təşkil etmişdir ki, onun da 60979,3 min manatı heyvandarlıq, 78953,0 min manatı isə bitkiçilik məhsullarının payına düşür.

2021-ci il ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı real ifadədə 101,0 faiz təşkil etmişdir. Bu dövrdə heyvandarlıq məhsulları istehsalı faktiki qiymətlərlə 13,9 faiz, bitkiçilik məhsulları istehsalı isə 22,0 faiz artmışdır.

 

Bitkiçilik

 

Rayonda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmışdır. 2022-ci ildə qarğıdalı da daxil olmaqla 31127 hektar sahədən dənlilər və dənli paxlalı bitkilərin əkin sahəsindən ilkin çəkidə 111424 ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çox məhsul götürülübdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 35,7 sentner təşkil etmişdir. Bundan əlavə məhsulu toplanmış 100 hektar qarğıdalı sahəsindən 700 ton məhsul götürülübdür. Hesabat dövründə istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalı daxil) 83326 tonunu və yaxud 74,9 faizini buğda, 26661 tonunu və yaxud 23,9 faizini arpa təşkil etmişdir. Buğdanın məhsuldarlığı keçən ilin müvafiq dövrünə nisbətən 0,8 sentner artaraq 37,0 sentner, arpanın məhsuldarlığı 0,6 sentner artaraq 32,2 sentner olmuşdur.

Yığım başlanandan sahələrdən 10542 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 27,9 faiz az kartof, 7462 ton (0,1 faiz çox) tərəvəz, 9782 ton (2,0 faiz çox) meyvə və giləmeyvə, 2678 ton (1,2 faiz az) üzüm yığılıbdır. Bundan əlavə 242 hektar sahədən 234 ton dən üçün günəbaxan, 15 hektar sahədən 33,1 ton tütün, 0,8 hektar sahədən 10,0 ton bostan bitkiləri toplanmışdır.

 

Bütün təsərrüfat kateqoriyaları üzrə bitkiçilik məhsullarının yığımı

  2022-ci ilin

 yanvar-dekabr

2021-ci ilin  

yanvar-dekabr

Yığılmış sahə, hektar Yığılmış sahə əkin sahəsinə, faizlə Yığılmış məhsul, ton Məhsul-darlıq, sent/ha Yığılmış sahə, hektar Yığılmış məhsul, ton Məhsul-darlıq, sent/ha
Dənlilər və dənli paxlalı bitkilər-cəmi  

31127,0

 

100,0

 

111424,0

 

35,8

 

30903,0

 

108582,1

 

35,1

  ondan:

buğda

 

22495,0

 

100,0

 

83326,0

 

37,0

 

22665,0

 

82047,4

 

36,2

arpa 8269,0 100,0 26661,0 32,2 7712,0 24369,9 31,6
qarğıdalı dən üçün  

100,0

 

100,0

 

700,0

 

70,0

 

100,0

 

1005,0

 

100,5

sair dənlilər 53,0 100,0 148,0 27,9 82,0 225,0 27,4
paxlalılar 210,0 100,0 589,0 28,0 344,0 934,8 27,2
Günəbaxan dən üçün  

242,0

 

100,0

 

234,0

 

9,7

 

300,0

 

216,3

 

7,2

Şəkər çuğunduru  

0

 

0

 

0

 

0

 

45,8

 

1337,8

 

292,1

Tütün 15,0 100,0 33,1 22,1 15,0 41,2 27,5
Kartof 726,0 100,0 10542,0 145,2 976,0 14611,0 149,7
Tərəvəz 745,0 100,0 7462,0 100,2 753,0 7456,0 99,0
Bostan bitkiləri 0.8 100,0 10,0 125,0 0 0 0
Meyvə və giləmeyvə 3937,0 x x x 3866,0 x x
ondan: bar verən yaşda 963 100 9782,0 101,6 928 9586,0 103,3
Üzüm 1096,3 x x x 1089,0 x x
ondan: bar verən yaşda 1006 100 2678,0 26,6 1006 2711,0 26,9

 

Təsərrüfatlarda 2023-cü ilin məhsulu üçün 31019 hektar sahədə dən üçün payızlıqlar səpilibdir. Ümumi səpinin 23076 hektarını buğda, 7943 hektarını arpa sahələri təşkil edir.

Simran Aydınov,

İsmayıllı Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi                         

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir