İllərin ötməsinə, nəsillərin dəyişməsinə baxmayaraq, bəşər tarixinə “Xocalı soyqırımı” kimi daxil olan qanlı faciə unudulmayacaq.
İsmayıllıda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinə yürüş təşkil edilib.
Fevral ayının 25-də səhər saatlarından başlayaraq şəhərin mərkəzi meydanına toplaşan minlərlə rayon sakini abidəni ziyarət edib.
Rayon rəhbərliyi ön sırada olmaqla, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə və digər fəaliyyət sahələrinin təmsilçiləri, icrimaiyyət nümayəndələri olan yürüş iştirakçıları abidənin önünə tər qızılgül və qərənfillər düzüblər. Xocalı qurbanlarının, eləcə də şəhidlərin ruhu ehtiramla anılıb.