Xocalı faciəsinin 31-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da geniş qeyd olunub.

İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, unudulmaz gün ərəfəsində Xocalıdan olan məcburi köçkünlərin İsmayıllıda məskunlaşmış bir qrup nümayəndəsi ilə görüş keçirilib.

Məcburi köçkünlər o dəhşətli gecə ilə bağlı acı xatirələrini bölüşübər. Onlar acılarına şərik çıxan ismayıllılardan razılıq ediblər.

Rayonun müxtəlif kəndlərində məskunlaşmış Xocalı sakinləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözlədiklərini bildiriblər.

Qeyd edək ki, hazırda İsmayıllıda 14 ailənin üzvü olan 40 nəfər Xocalı sakini yaşayır.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir