15 fevral 2023-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda “Qızlar, sizə sözümüz var” adlı maarifləndirici görüş keçirilib.

Görüşdə Mərkəzin əməkdaşları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələri iştirak ediblər. Mərkəzin sosial iş üzrə mütəxəssisi Könül Abdullayeva sağlam həyat tərzi, reproduktiv sağlamlıq haqqında fikirlərini iştirakçılarla bölüşüb.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb fakültəsinin müəllimi, həkim Arzu Aslanova iştiakçıların suallarını cavablandırıb və onlara düzgün, sağlam həyat tərzinin əsas qaydalarını izah edib. İştirakçılar onları maraqlandıran ən həssas sualları “anonim” olaraq yazıb qutuya daxil edərək həkimə ünvanlayıb. Beləliklə, iştirakçıları maraqlandıran suallar öz cavabını tapıb.

İsmayıllı xəbərləri”

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir