On gün əvvəl şovinist, faşist fars-molla rejiminin Tehrandakı səfirliyimizə qarşı təşkil etdiyi məqsədyönlü terrorda həyatını itirmiş baş leytenant Orxan Əsgərovu son mənzilə yenicə yola salmışdıq. Gözümüzün yaşı, qəlbimizin sızıltısı səngiməmiş, vücudumuz Türkiyədən gələn daha ağır, daha üzücü silsilə xəbərlərlə bir daha sarsıldı. Dəhşətli zəlzələlərin yaratdığı atəş təkcə baş verdiyi məkanı yox, bütün türk dünyasını, o cümlədən qardaş Azərbaycanı dərindən kədərləndirdi. Dövlət idarələri, təşkilat və müəssisələr üzərində, küçə və xiyabanlarda qürurla qoşa dalğalanan Azərbaycan-Türk bayraqları hüznlə yarıya qədər endirildi. Təbiətin amansız kor qüvvələrinin törətdiyi genişmiqyaslı faciələrdən mütəəssir olduq. Neyləmək olardı? Artıq, olan olmuşdu.
Ağlayıb-sıtqımaq, sızlamaq, olmuşlara yanıb-yaxılmaq, heyifsilənmək çıxış yolu deyil. Acizlikdir. Bütün bunlar yaradılışdan türk millətinə xas olmayan xoşagəlməz xüsusiyyətlərdir. Köz kimi qızardılan dəmir parçası dəfələrlə soyuq suya salınıb odda qızdırılmaqla polada çevrildiyi kimi, arzuolunmaz fəlakətlər də məğrur türk millətini eləcə mətinləşdirib. Mətinləşdikcə monolitləşib, nəhəng, vahid yumruq cəmində birləşərək əzəmətlə səslənən “Türk Milləti” fenomeni yaranıb. Biz bunları baş vermiş hadisələrin ilk dəqiqələrindən görüb, bir daha şahidi olduq. Fövqəladə Hallar Nazirliyinin xilasedici heyyəti, texnikaları ilə birlikdə gecənin bağrını dəlib qardaş Türkiyəyə yola düşəndə, səhərin açılmasına hələ çox qalırdı. Şirin yuxuda olan insanların çoxu baş vermiş faciələrdən hələ xəbərsiz idirlər. Fəlakət bildirən “SOS” siqnal dalğaları çox dövlətlərə çatmamışdı. Amma, hörmətli Prezidentimiz İlham Əliyev Cənabları və Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq iş başında idilər, təcili yaradılan opertiv dövlət qurumlarına rəhbərlik edirdilər.
Türklərin zəfərlə dolu şanlı tarixi, hamıya məlumdur. Yeniseydən Avropayadək uzanan geniş bir ərazidə at üstündə torpaqlar fəth edib “Hun”, “Göytürklər”, “Oğuz Xaqanlığı”, “Səlcuqilər”,“Osmanlı” və bir sıra dövlətlər yaratmışlar. Ayaq basdıqları torpaqlar tez bir zamanda laləzara dönmüş, abadlaşmış, nizam-intizamlı, nümunəvi əxlaq və haqq-ədalət ocağına çevrilmişlər. Lakin Türkiyənin inkişaf edib qüdrətli bir dövlətə çevrilməsi, zaman-zaman onu sevməyən şər qüvvələrin, o cümlədən, hətta yeri-yurdu, mənşəyi bilinməyən, oğurluqda, riyakarlıqda ad çıxarmış “hay” toplumunun başlarına düşən ağır daşa çevrilmişdir. Təkcə bunu demək kifayətdir ki, 1071-ci ildə Manazkert döyüşündə Bizans imperatoru Roman IV Diogeni, 1396-cı ildə Nikopol vuruşmasında Avropa cəngavərlərinin birləşmiş ordusunu və 1914-15 ci illərdəki Birinci Dünya müharibəsində İngilis, Fransız, Avstiya, Macarıstan, Yunanıstan kimi güclərin ordularını məhv etməklə “Çanaqqala vuruşunda” çaldığı zəfərləri ilə adını “Dünya Hərb Tarixi”nə qızıl həriflərlə yazdırıbdır.
Bu gün, inkişaf etməkdə olan Türkiyənin, eləcə də Dünya Liderinə çevrilmiş onun Prezidenti Sayın Rəcəb Tayyib Ərdoğanın beynəlxalq aləmdə artmaqda olan nüfuzunu görüb qorxuya düşənlər, bundan çox narahat olublar. Ərdoğana, Türkiyə dövlətinə qarşı bəslədikləri qəzəb və nifrətlərini daha qabarıq şəkildə ifadə edirlər. Hər vəchlə, müxtəlif təqib və təzyiqlərlə beynəlxalq aləmdə sülhün yeganə tərəfdarı olan, bütün dövlətləri barışığa, qarşılıqlı anlaşmaya səsləyən Türkiyəni gözdən salmaq istəyirlər. Türkiyəni çuğlayan təbii fəlakətdən sevinən Qərb dövlətləri yaranmış fürsətdən istifadə edib Türkiyə dövləti əleyhinə əks təbliğat kompaniyası aparırlar. Telekanallarında Türkiyədə baş vermiş faciələri belə işıqlandırmırlar. Hətta, rüsvayçı olaraq eyni cinslilərin evlənib ailə qurduğu “mədəni” dövlət kimi tanıdığımız Fransa rəsmiləri, bu acı xəbərdən şadlanıb az qala erməni bacıları ilə qol-qola girib Paşinyanfasonu Şuşadakı kimi yallı getmək istəyirlər. Fransız rəssamı isə jurnalların birində, uçub-dağılmış, yerlə-yeksan olmuş türk şəhərlərinin xarabalıqlarını əks etdirən karikatura çəkir və qəh-qəhə çəkib altından bu sözləri yazır: “Daha tanka ehtiyac qalmadı”. Rəzillikdə ondan geri qalmayan bir erməni isə, jurnalistə cavabında belə deyir: “Bəli, Türkiyəyə yardım etmək lazım idi, amma yardım ediləcək malları zəhərlədikdən sonra. Onlar bizim düşmənimizdir”, – demişdi. ABŞ da Türkiyəyə yardım etmək fikrinə düşmüşdü. Lakin o “yardım” adı altında döyüş gəmisində göndərəcəyi əşyalar altında PKK-nı da unutmayıb türk əleyhinə silah-sursat göndərmək istəyibmiş. Əməliyyat faş olanda türk rəsmiləri: “Biz sizin yardımınıza möhtac deyilik”- deyib, yardımdan imtina etmişdilər.
Bu gün adı terrorçu Ermənistanla qoşa çəkilən, adda özünü müsəlman ölkəsi, islam respublikası kimi adlandıran, əslində isə, müsəlmanlar arasına fitnə-fəsad salan, xristian idealogiyasına xidmət etməklə islamı daxildən parçalayan İranın, 44 günlük müharibədən sonra nəhayət ki, iç üzü bəlli oldu. Demə, İran uzun müddətdir ki, din pərdəsi altında “müqəddəs” saydıqları şəhərlərdə oxutdurduqları “tələbələrə” öz ölkələrində təxribat törətmək üçün eyni zamanda “gecə-gündüz döyüş təlimləri” də tədris ediblərmiş. Yetişdirilən bu “islam keşikçləri” qonşu müsəlman dövlətlərinə, xüsusən Türkiyə və Azərbaycana qarşı düşmənçilik ruhu aşılanmış əsl terrorçular olublarmış. Əslində Türk millətinə düşmən kəsilən Ermənistan və Fransa ilə İranın heç br fərqi yoxdur. İranda yaşayan 40 milyondan çox azəri türkləri bu zəmindən hər cür elementar hüquqlarından məhrum vəziyyətdə yaşayırlar. İki ay əvvəl Xoy şəhərində baş vermiş dəhşətli zəlzələ xəbəri hələ ölkə paytaxtı Tehrana gedib çıxmayıb. Əksər əhalisi azəri türklərindən ibarət olduqları üçün, onlara heç bir köməklik göstərilməyir, on minlərlə adam sərt qış gecələrində küçələrdə qalıblar. Ölüm-itim, aclıq-səfalət baş alıb gedir. İran hakimiyyəti isə yardım etmək istəyən Türkiyə və Azərbaycana imkan verməyir. Görünür bu düşüncə, İran dövlətinin əsasını qoymuş, İran-Turan müharibələrinin təməlini qoymuş Kirin, Keyqubadın, Keykavusun xəstə təxəyyüllələrindən yaranmış fanat, irsi xəstəliyin təsirindəndir. Elə isə, biz də Tomris Ananın nəvələri olduğumuzu unutmamışıq.
Canım, qanım, dinim, imanım Türkiyəm, doğrudur, itgilərimiz misilsiz, yaralarımız sayagəlməzdir. Bu, kor qüvvələrin türkləri imtahana çəkdiyi daha bir sınağıdır. Tarixən baş vermiş bütün fəlakətlərdə həmişə yanaşı olmuşuq, yaralarımıza eyni məlhəmi çəkmişik. Bu çətin günlərdə yenə də bir yerdəyik. Sıralarımız daha möhtəşəm, daha qüvvətlidir. Qürurlu, əyilməz başını dik tut, Türkiyəm. Çox keçməz ki, hər şeyi bərpa edəcəyik. Qoy kor qüvvələr tutduğu əməldən özləri utansın. Biz qalib gələcəyik. Olmuşlara “keçmiş olsun” – deyək. Təki Azərbaycanımız, Türkiyəmiz yaşasın.
Gəlin, mərhum, Ulu şairimiz Bəxtiyar Vahabzadəni birlikdə dinləyək:
Eşidincə ata yurdda depremi
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı,
Can qardaşım, qan qardaşım, Türkiyə.
Varmı qəza, varmı bəla de bunca,
Səninləyik biz ki, ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə…
Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, təməl daşım, Türkiyə.
Vaqif Məmmədov