Yanvar ayının 11-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən RİH başçısının birinci müavini Mahmud Süleymanov rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.