Azərbaycan Türk Rəssamlar Birliyinin üzvü, tanınmış rəssam Məlahət İsmayıl 44 günlük Vətən Müharibəmizin tarix yazan qəhrəman oğulları olan 500-dən çox şəhidimizin portretini çəkmişdir. Bu portretlərdən biri də kollecimizin şəhid tələbəsi Əliyev Fərid Hamlet oğlunundur. Məlahət xanım İsmayıl İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə gələrək Fərid Əliyevin adına olan auditoriya və Şəhidlər guşəsi ilə tanış oldu və bir qrup müəllim və tələbə heyyəti ilə birlikdə şəhidimizin məzarını və ev muzeyini ziyarət etdi.
Allah bütün şəhidlərimizə rəhmət etsin!