Məktəbəqədər təhsil ilkin təhsil pilləsi olub uşaqların erkən yaş dövründə əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlılığının, estetik tərbiyəsinin, şəxsiyyətin formalaşdırılmasının əsasını qoyur. Bütün bunların formalaşmasında əsas iş məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi və müəllimlərin üzərinə düşür.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin məktəbəqədər təlim və tərbiyə qruplarından təcrübəyə buraxılan tələbələr 5 yanvar 2023-cü il tarixindən İsmayıllı rayonunun 1 və 3 saylı Körpələr-evi Uşaq bağcasında təcrübədə iştirak edirlər.
Təcrübə müddətində tələbələr burada çalışan müəllimlərin dərslərində mütəmadi olaraq iştirak edir, dərs prosesi, dərsin təşkili, uşaqlarla davranış qaydaları ilə yaxından tanış olurlar. Tələbələr hər biri müxtəlif qruplarda (böyük, orta və kiçik qrupda) fəal interaktiv təlimin tələblərinə uyğun, əyani və metodiki vasitələrdən istifadə edərək dərslər təşkil edirlər.
Elmir Ağayev