5 dekabrda Rabitə və informasiya texnologiyaları sahəsində çalışanlar peşə bayramlarını qeyd edirlər.

Həmin gün bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə rayonunun rabitə və informasiya texnologiyaları sahəsində çalışanların və telekommunikasiya qovşağı işçilərinin bir qrupu ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

İşgüzar kolektiv idarənin iclas zalında davam etdirdiyi bayram tədbirində ölkəmizdə rabitə sahəsinin məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusu inkişaf mərhələsi keçdiyi qeyd olunub.

Çıxışlarda bildirilib ki, bu gün Ulu öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İsmayıllıda da rabitə sahəsində yeni işlər görülür. Rayon mərkəzi ilə yanaşı kənd sakinlərinin də genişzolaqlı internet və digər multimedia xidmətlərindən istifadə etməsi üçün kompleks layihələr həyata keçirilir.

Hazırda hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır.

RİH başçısı N.Bağırov son bir neçə ayda rayonda görülən işlər barədə məlumat verib, yaxın gələcəkdə görüləcək işlərdən, ümumilikdə, rayonda gedən tikinti-quruculuq işlərindən, sevinc doğuran yeniliklərdən danışıb.

O, ölkə başçısının rəhbərliyi ilə başqa sahələrdə olduğu kimi, rabitə sahəsində də yüksək nəticələr qazanılması uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzulayıb, rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir