İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində vətəndaşların, xüsusilə də kişilərin maarifləndirilməsi məqsədilə “Məişət zorakılığı insan hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı şəhər məscidinin imamı Röya Balayev, mərkəzin əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarına məişət zorakılığı, zorakılığın növləri, onu yaradan səbəblər, həmçinin islamda hüquq bərabərliyi barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tələbələrə “Məişət zorakılığının qarşısını alaq”,”Gender əsaslı cins seçiminə yox deyək”, “QİÇS-ə yox” adlı bukletlər paylanılıb, geniş oxucu kütləsinin istifadəsi üçün məktəbin kitabxanasına “Məişət zorakılığının qarşısını alaq”, “Gender əsaslı cins seçiminə yox deyək”, “QİÇS-ə yox”, “Ailə, zorakılıq, uşaq”, “İnsan alverinin qurbanı olma”,”Uşaqlara qarşı cinsi zorakılıqla mübarizə”,”Erkən nikah – 50 sual, 50 cavab” adlı bukletlər təqdim edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir