İsmayıllı Rayon İcra Hakimiyyətində hər həftə rayonun idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə rayon sakinlərinin qəbulları keçirilib, vətəndaşların müraciətləri dinlənilib.
Qəbullar zamanı şəhid ailələri, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbullarda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirilib.