İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun Kəlbənd kənd sakinləri ilə görüş-qəbul keçirib.

Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə, xidməti və digər təşkilatların rəhbərləri də iştirak edib.

Qəbuldan əvvəl Kəlbənd kəndində şəhid bulağı ziyarət olunub, önünə gül dəstələri qoyulub, şəhidlərin unudulmaz ruhu ehtiramla anılıb.

Daha sonra kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Müraciətlərin bir qismi yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir