İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələrində keçirəcəyi görüşlər planına uyğun olaraq, növbəti səyyar qəbul rayonun Xanagah kəndinin sakinləri ilə keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların məsul nümayəndələri iştirak edib.
Qəbulda iştirak edən kənd sakinlərinin rahat yaşayışa, inkişafa istiqamətlənən arzu və təklifləri həssaslıqla dinlənilib. Vətəndaşları narahat edən problemlərin qısa müddətdə aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Müraciətlərin bir çoxu araşdırılaraq, yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.